8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əhmədov Emil Rasim oğlu

1984-cü il iyunun 5-də  Bakı şəhərində anadan olub.

2001-2005-ci illərdə Azərbaycan Xəzər Universitetində Kompüter mühəndisliyi və menecment üzrə ali təhsil alıb.

2005-2007-ci illərdə Azərbaycan Xəzər Universitetində Faydalı qazıntı yataqlarının işlənməsi üzrə magistr dərəcəsi alıb.

2017-2018-ci illərdə ABŞ-ın Corc Vaşinqton Universitetində (George Washington University) Layihənin idarə edilməsi üzrə  təhsil alıb.

2006-2008-ci illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində layihə köməkçisi vəzifəsində çalışıb.

2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondu ilə Dünya Bankının birgə həyata keçirdiyi layihələrdə informasiya texnologiyaları üzrə menecer vəzifəsində çalışıb.

2012-2013-cü illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin həyata keçirdiyi layihədə informasiya texnologiyaları qrupunun rəhbəri vəzifəsində çalışıb.

2013-2015-ci illərdə “Azərsu” ASC-də şöbə rəisi, department rəisinin müavini vəzifələrində çalışıb.

2015-2021-ci illərdə “Azərsu” ASC-də İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi, daha sonra Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi vəzifələrində çalışıb.

2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin Biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.

2021-2022-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İnformasiya texnologiyaları və elektron idarəetmə sektorunun müdiri vəzifəsində çalışıb.

21.06.2022-20.06.2023-cü il tarixlərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun müavini, direktor vəzifəsini icra edib.

20.06.2023-cü il tarixindən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsini icra edir.

Evlidir,  3 övladı var.