8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

REX - İxracatçıların qeydiyyatı sistemi

“REX” sistemi barədə ümumi məlumat

 

İxracatçıların Qeydiyyatı Sistemi (REX) Avropa İttifaqı tərəfindən Preferensial Ticarət Sazişləri çərçivəsində öz-özünü sertifikasiya prinsipinə əsaslanan malların mənşəyinin sertifikasiyası sistemidir. Sistem ilk dəfə 01 yanvar 2017-ci il tarixindən etibarən Avropa İttifaqının, Norveç və İsveçrənin Ümumi Preferensialar Sistemi (GSP) daxilində ittifaq və adıçəkilən ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə münasibətdə birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsini təmin edən təsisat kimi tətbiq edilmişdir.

REX sistemi Avropa Komissiyası tərəfindən işlənib hazırlanmış və Aİ üzv ölkələrin, GSP sisteminin benefisiarı olan ölkələrin, Aİ digər ticarət tərəfdaşlarının, o cümlədən Norveç, İsveçrə və Türkiyənin istifadəsinə verilmişdir.

Sistem, xüsusi şərtlər daxilində verilən istifadəçi adı və parol əsasında internet şəbəkəsi vasitəsilə istifadə edilən proqram təminatını nəzərdə tutur. REX sistemindən istifadə etmək üçün internet şəbəkəsinə çıxışı olan bir qurğunun təmin edilməsidir.

“REX” sisteminin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

 

>İxracatçıların qeydiyyatı: GSP sisteminin təklif etdiyi preferensialardan yararlanmaq məqsədilə ixracatçı təşkilatlar, qeydiyyatdan keçmiş ixracatçı statusunu əldə etmək məqsədilə sistemdə olan xüsusi                müraciət formasını dolduraraq, sistem vasitəsilə səlahiyyətli təşkilata göndərirlər. Səlahiyyətli təşkilat müraciət formasını yoxlayaraq, onun tamlığına və düzgünlüyünə əmin olduqdan sonra bu                           ixracatçılarıqeydiyyata alır. Bu proses tamamlandıqdan sonra, qeydiyyatdan keçmiş ixracatçılara səlahiyyətli təşkilat tərəfindən qeydiyyat nömrəsi (REX nömrəsi) təqdim edilir.

 

>Qeydiyyat məlumatlarında dəyişikliklərin edilməsi: Qeydiyyatdan keçdikdən sonra, ixracatçı özünün qeydiyyat verilənlərində hər hansı dəyişikliklərin olduğu təqdirdə, bu məlumatları səlahiyyətli təşkilata           təqdim etmək öhdəliyi daşıyır. Bu məlumatları aldıqdan sonra, səlahiyyətli təşkilat REX sistemində həmin ixracatçının qeydiyyat məlumatlarını yeniləyir və yenidən təsdiq edir.

 

>İxracatçıların sistemdə qeydiyyatının ləğv edilməsi: Müəyyən hallarda səlahiyyətli təşkilat tərəfindən qeydiyyatdan keçmiş ixracatçının sistemdə qeydiyyatı ləğv edilə bilər. Bu əsasən ixracatçının                        fəaliyyətini dayandırması və ya onun tərəfindən saxta məlumatların təqdim edilməsi halının aşkar edildiyi təqdirdə ola bilər.

 

Qeyd edilən üç əsas funksionallıq elementlərindən istifadə etməklə, səlahiyyətli təşkilat REX sistemində olan məlumatların yeniliyinə və dolğunluğuna görə bilavasitə məsuliyyət daşıyır.

Aİ tərəfindən REX sistemi əhatə dairəsinə görə üç istiqamət üzrə tətbiq edilmidir:

 

   >Aİ daxilində; 

   >Aİ ilə digər ölkələr və ərazilər (zonalar) arasında;     

   >Aİ, Norveç və İsveçrənin GSP sisteminin benefessiarı olan ölkələrlə Aİ, Norveç və İsveçrə arasında.

 

  Azərbaycan Respublikası Aİ-nin GSP və GSP+ sistemlərinin iştirakçısı deyildir, lakin, bu ölkələrə ixrac zamanı malların mənşə ölkəsinin təyin edilməsi üçün adıçəkilən sistemdən istifadə edilə bilər.

Ölkəmiz hazırda REX sistemi çərçivəsində yalnız Norveç və İsveçrə tərəfindən tətbiq edilən standart GSP sistemində iştirak edir və bu çərçivədə təklif edilən preferensiyalardan (güzəştlərdən) istifadə edilir.

Rəqabətqabiliyyətli qeyri-neft məhsullarının yeni bazarlara çıxış imkanlarının artırılması, ölkəmizdəki ixracatçıların Norveç və İsveçrə tərəfindən tətbiq olunan Ümumiləşdirilmiş Preferensiyalar Sistemindən (GSP) istifadə üçün REX sistemi tətbiq edilir. Belə ki, REX sistemində tərəfdaş ölkələrin müvafiq qurumları ölkənin ixracatçılarını qeydiyyatdan keçirməklə, bu imkanlardan istifadə edə biləcəklər.