8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Metroloji xidmətlərlə bağlı təsdiqedici sənədlərin alınmasının təşkili

Sifarişçilərin müraciətləri əsasında metroloji xidmətlərin göstərilməsi işlərinin təşkili

 

27 noyabr 2023-ci il tarixindən etibarən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də metroloji xidmətlərin təşkilinin “Bir Pəncərə” prinsipi ilə əldə edilməsi xidmətinin icrasına başlanılmışdır.

Metroloji xidmətlərin təşkili dedikdə – Dövlət tənzimlənməsi sahəsində istifadə olunan ölçmə vasitələrinin və sınaq avadanlıqlarının yoxlanılması haqqında şəhadətnamənin və kalibrlənmə sertifikatının əldə edilməsi xidmətlərinin təşkili nəzərdə tutulur.

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət tənzimlənməsi sahəsində istifadə olunan ölçmə vasitələrinin və sınaq avadanlıqlarının dövlət yoxlamasından keçirilməsi məcburidir.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi“ MMC-yə müraciət etməklə, Siz ölçmə vasitələrinin, sınaq avadanlıqlarının yoxlanılması haqqında şəhadətnamə, həmçinin kalibrlənmə sertifikatını etibarlı və  səmərəli əsaslarla, həm də operativ şəkildə əldə edə bilərsiniz.