8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə eskpertizaların keçirilməsi

 Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə eskpertizaların keçirilməsi

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli 1046 nömrəli Sərəncamı ilə 2009-cu il 20 noyabr tarixində Yalta şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Saziş təsdiq edilmişdir.  

 

Malın mənşə ölkəsinin təyin edilməsinin bu Qaydaları MDB-də Sazişin iştirakçısı olan dövlətlərdən gələn və həmin dövlətlər arasında mal dövriyyəsində olan, barələrində Sərbəst ticarət zonasının yaradılması dair 15 aprel 1994-cü il tarixli Sazişdə nəzərdə tutulan ticarət rejimi tətbiq edilən mallara münasibətdə təsir göstərir.

 

Müstəqil Dövlətlər Birliyində Sazişin iştirakçısı olan dövlətlər çərçivəsində sərbəst ticarət rejimindən daha geniş faydalanmaq, xarici ticarət fəaliyyəti üçün münbit şərait yaratmaq, yerli ixracaatçıları və istehsalçıları dəstəkləmək məqsədi ilə MDB İcraiyyə Komitəsində fəaliyyət göstərən malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydalarına dəyişikliklərin və əlavələrin edilməsi üzrə İşçi Qrupun iclaslarında iştirak mühüm əhəmiyyət kəsb edir. Yaradılmış bu qurumda, Mərkəzin əməkdaşları, dəyişikliklərin edilməsi ilə bağlı irəli sürülən təkliflərin müzakirəsində, həmçinin, milli sahibkarların ixrac maraqlarına zidd olan təkliflərin qarşısının alınması və alternativ təkliflərin irəli sürülməsi istiqamətində aktiv iştirak edirlər. Nəticədə, Azərbaycan mənşəli malların ixracının stimullaşdırılmasına,  ixrac potensialının artırılmasına zəmin yaradılır.

 

Sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərinə üçüncü ölkələrdən gətirilən və həmin dövlətlərdən üçüncü ölkələrə aparılan malların mənşə ölkəsinin təyin edilməsi qaydası Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericilikləri və beynəlxalq müqavilələrlə tənzimlənir. 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 25.04.2014-cü il tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”na əsasən sifarişçilərin müraciətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün Mərkəzə göndərilir.

 

Sifarişçi tərəfindən təqdim edilmiş ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

• sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

• sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;

• sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);

• qaimə-fakturanın (invoysun) surəti;

• ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;

• ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).

 

Mərkəz tərəfindən malların mənşə ölkəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq qaydada keçirilmiş ekspertizaların nəticələrini təsdiq edən ekspertiza aktları 3 nüsxədə tərtib edilir. Müvafiq olaraq 2 nüsxə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və sifarişçiyə təqdim olunur, digəri isə İstehlak Mallarının Ekspertizası Mərkəzində saxlanılır.

 

İxrac ölkəsindən asılı olaraq sifarişçilərə aşağıda verilmiş beş formada mənşə sertifikatları təqdim edilir:

  • “CT-1” formalı mənşə sertifikatı malın MDB ölkələrinə ixracı zamanı;
  • “A” formalı mənşə sertifikatı malın Ümumiləşdirilmiş Preferensiyalar Sistemi çərçivəsində müəyyən ölkələrə ixracı zamanı;
  • “Ümumi” formalı mənşə sertifikatı malın Azərbaycan Respublikasının azad ticarət və preferensial ticarət rejimi barədə ikitərəfli və çoxtərəfli razılaşmaları olmayan ölkələrə ixracı zamanı;
  • "AZ-TR" formalı mənşə sertifikatı müvafiq malların, müəyyən edilmiş miqdarda Türkiyə Respublikasına ixracı zamanı;
  • "ST-GUAM" formalı mənşə sertifikatı malın GUAM ölkələrinə ixracı zamanı.

 

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Bakı şəhəri üzrə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (ünvan: Bakı ş. Yasamal ray. Ş.Mehdiyev küç. 269), regionlarda isə Mərkəzin Gəncə-Qazax regional bölməsi (ünvan: Gəncə ş. M.Xələfov küç. 18), Aran regional bölməsi (ünvan: Yevlax ş. Bakı pr. 5), Quba-Xaçmaz regional bölməsi (ünvan: Xaçmaz ş. Bakı şossesi 45), Şəki-Zaqatala regional bölməsi (ünvan: Şəki ş. A.Məmmədov küç. 43), Lənkəran regional bölməsi (ünvan: Cəlilabad r. H.Əliyev pr. 244e), Abşeron regional bölməsi (ünvan: Sumqayıt ş. Sülh küç. 1) tərəfindən aparılır.