8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəyin verilməsi

 Satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəyin verilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarına əsasən Dövlət satınalmalarında iştirakla əlaqədar verilən təkliflər satınalma komissiyası tərəfindən qiymətləndirilərkən, yerli mənşəli satınalma predmeti üzrə təqdim edilən və formal tələblərə uyğun təkliflərin xeyrinə idxal olunan eyni satınalma predmeti üzrə təklif olunan qiymətlərə 20 faizə qədər güzəşt tətbiq edilir.

Malın yerli mənşəli olması satınalmada iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin İstehlak Mallarının Ekspertizası Mərkəzinə ərizə ilə müraciətinə əsasən keçirilən ekspertizanın nəticəsinə uyğun olaraq müraciətin qeydə alındığı tarixdən etibarən 5 iş günü ərzində sifarişçiyə malın mənşəyi barədə rəy təqdim edilir.

Sifarişçi ərizə nümunəsini və digər cədvəlləri doldurduqdan sonra çap edib imza və möhürlə təsdiq edilmiş üzünü köçürərək (skan edərək) Qərarla müəyyən edilmiş sənədlərlə birlikdə elektron poçtla menshe.reyi@ekspertiza.az ünvanına göndərməli və ya Mərkəzin inzibati binasına yaxınlaşaraq təqdim etməlidir.

Qərarla təsdiq edilmiş sənədlər:

  • Müraciət ərizəsi (buradan yükləyin);
  • Təchizatçının təklif etdiyi malı istehsal etmək üçün istehsal sahəsinin, texniki təchizatının, işçi heyətin mövcudluğunu təsdiq edən sənədlər (buradan yükləyin)
  • Malın istehsalında istifadə olunan xammal, yarımfabrikat, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən sənədlər (olduğu halda);
  • Malın istehsalında istifadə olunan xammal, yarımfabrikat, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən sənədlər. malın istehsalında istifadə olunan  xammal, yarımfabrikat,yaxud məhsulların hazırlanmasında iştirak  edən digər materiallar xarici ölkə mənşəli olduğu halda, yəni advalor pay qaydası tətbiq olunduqda, xarici mənşəli xammal və komponentlərin dəyərinin təqdim edilən malın franko-zavod qiymətində faizlə payı barədə müvafiq qaydada təsdiq olunmuş arayış (zəruri hallarda kalkulyasiya);
  • Təchizatçı təklif etdiyi malın istehsalçısı olmadığı halda, həmin malın əldə edilməsini təsdiq edən sənədlər (müqavilə, niyyət müqaviləsi, istehsalçının müqavilə bağlaması öhdəliyi barədə zəmanət məktubu);
  • Təchizatçının təklif etdiyi malın adı, miqdarı, hər bir mal vahidinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;
  • Təchizatçının təklif təqdim etmək istədiyi satınalmanın şərtlər toplusu;
  • Dərman vasitələrinin istehsal prosesinin qablaşdırma mərhələsi ilə bağlı dərman vasitələri istehsalı ilə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti (dərman vasitələrinin satınalmaya çıxarıldığı halda);
  • Malın istehsalında istifadə olunan yerli xammal-materialların, həmçinin yerli işçi qüvvəsinin ümumi həcmi barədə məlumat (təsdiq olunmuş).