8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Quliyev Vidadi Məhiyəddin oğlu

1968-ci il fevralın 23-də Laçın şəhərində anadan olub.

1984-1990-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Əməyin iqtisadiyyatı, iqtisadçı üzrə ali təhsil alıb.

1989-1990-cı illərdə Azərbaycan N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında hüquqşünas ixtisası üzrə təhsil alıb.

1990-1991-ci illərdə Azərbaycan SSR-nin Maliyyə Nazirliyində 2-ci dərəcəli iqtisadçı,  vəzifəsində çalışıb.

1991-1993-cü illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifəsində çalışıb.

1993-1999-cu illərdə Bakı şəhəri üzrə Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsində çalışıb.

2001-2008-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Yasamal rayonu Vergilər İdarəsində baş dövlət vergi müfəttişi, Bakı şəhəri Baş Vergilər İdarəsində vergi ödəyicilərində auditin təşkilinə nəzarət şöbəsinin rəisi, Bakı şəhəri Baş Vergilər İdarəsində vergi ödəyicilərində audit idarəsinin baş dövlət vergi müfəttişi, Bakı şəhəri Vergilər Departamentinin “Audit” İdarəsinin baş dövlət vergi müfəttişi, Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialının vergi borclarının məcburi alınması şöbəsində dövlət vergi müfəttişi vəzifələrində çalışıb.

2008-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində şöbə müdiri vəzifəsində çalışıb.

2010-2012-ci illərdə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

2012-2017-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi fondunun vitse-prezidenti vəzifəsində çalışıb.

06.07.2017-ci il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun müavini vəzifəsində çalışır.

Evlidir,  1 övladı var.