8771
ISO Certificate Image 1 ISO Certificate Image 2
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Xəlilov Emil Vahid oğlu

1985-ci il oktyabrın 13-də anadan olub.

2002-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsində təhsil alıb.

2018-ci ildə Fransanın Paris şəhərində “IAE Paris - Sorbonne Business School”-da “Strategic Leadership Management in Corporate Law Sector” adlı təlim proqramını bitirib.

2023-2024-cü illərdə İspaniyanın Madrid (Universidad Politecnica de Madrid) və İtaliyanın Milan (Politecnico di Milano) şəhərlərində Avropa Birliyinin maliyyə dəstəyi ilə təşkil olunan “Master in Artificial Intelligence for Public Services” (AI4GOV) adlı magistr təhsili alıb.

2007-2011-ci illərdə “DəmirBank”ASC-də hüquqşünas və baş hüquqşünas vəzifələrində çalışıb.

2012-2020-ci illərdə “ExpressBank” ASC-də böyük hüquqşünas, Korporativ Hüquq şöbəsinin müdiri və Hüquq departamentinin direktoru vəzifələrində çalışıb.

2020-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.

2022-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökümətin İnkişafı Mərkəzi”nin Hüquq və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

2023-2024-cü illərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin  İcraçı direktorunun müşaviri vəzifəsində işləyib.

2024-2026-cı illərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin “İnnovasiya və Təchizat Mərkəzi”nin Hüquq, insan resursları və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

11 fevral 2026-cı il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində "İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var.