Məsləhət xidmətləri
“Malın mənşə ölkəsinin müəyyən edilməsi, mənşə sertifikatının verilməsi və satınalmalarda iştirak üçün rəyin əldə olunması üzrə məsləhət xidmətləri”nin göstərilməsi
Aşağıdakı məsləhət xidmətlərimizdən faydalana bilərsiniz:
- İlkin mərhələdə, istehsalı və ya ixracı planlaşdırılan mallara qanunvericiliyin tələblərinə əsasən Azərbaycan mənşəyinin verilməsinin mümkünlüyünün öncədən müəyyən edilməsi;
- İxrac zamanı malın mənşə ölkəsi barədə sertifikatın alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri sənədlərin hazırlanmasına dair məsləhətin verilməsi;
- İxrac zamanı malın mənşə ölkəsi barədə sertifikatın alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətin, eləcə də ona əlavə olunan sənədlərin müvafiq sistem vasitəsilə aidiyyəti üzrə təqdim edilməsi;
- Mənşə Sertifikatı Alt Modulu (MSAM) vasitəsilə ixrac zamanı malın mənşə ölkəsi barədə sertifikatın alınması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətin, eləcə də ona əlavə olunan sənədlərin aidiyyəti üzrə təqdim edilməsi;
- Dövlət satınalmalarında iştirak zamanı güzəştli düzəlişdən yararlanmaq məqsədilə, satınalmaya təqdim ediləcək mallara qanunvericiliyin tələblərinə əsasən Azərbaycan mənşəyinin verilməsinin mümkünlüyünün öncədən müəyyən edilməsi;
- Dövlət satınalmalarında iştirak zamanı malın mənşəyi barədə rəyin əldə edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri sənədlərin hazırlanmasına dair məsləhətin verilməsi;
- Dövlət satınalmalarında iştirak zamanı malın mənşəyi barədə rəyin əldə edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətin, eləcə də ona əlavə olunan sənədlərin müvafiq sistem vasitəsilə aidiyyəti üzrə təqdim edilməsi;
- Malın mənşə ölkəsinin təyin edilməsi üzrə keçirilmiş ekspertizalar əsasında ixrac olunan mallar və idxal ölkələri barədə məlumatların təqdim edilməsi.
Yuxarıda göstərilən xidmətlərdən faydalanmaq üçün “Sifariş forması” doldurularaq İstehlak Mallarının Eksertizası Mərkəzinə (İMEM) təqdim edilməlidir. Bunun üçün aşağıdakı addımlar izlənə bilər:
1. Sifariş formasının yüklənməsi (buradan yükləyin);
2. Sifariş formasının çap edilməsi;
3. Sifariş formasının doldurulması (tələb olunan xanaları doldurduqdan sonra məsləhət xidmətlərindən birinin (və ya bir neçəsinin) qarşısında "X" işarəsi seçilməli);
4.1. Doldurulmuş Sifariş formasının skan edilib [email protected] İMEM-in elektron poçt ünvanına göndərilməsi;
4.2. Doldurulmuş Sifariş formasının şəxsən və ya nümayəndə vasitəsilə İMEM-ə təqdim edilməsi;
4.3. Doldurulmuş Sifariş formasının poçt rabitəsi vasitəsilə İMEM-ə göndərilməsi.
Qeyd: Sifariş forması İMEM-ə daxil olduqdan sonra qeydiyyata alınıb nömrə verilir.