8771
ISO Certificate Image 1 ISO Certificate Image 2
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin iclası keçirilib

04 MART 2026 , 11:32

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzində (İMEM) “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND TK/36) növbəti iclası keçirilib.

İclas zamanı AZSTAND TK/36-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər ətrafında müzakirələr aparılıb. Bundan əlavə, sözügedən Texniki Komitənin tərkibində struktur dəyişiklikləri ilə bağlı təkliflərə baxılıb, yeni üzv və məsul katib seçilib.

Daha sonra Komitə üzvləri tərəfindən cari ilin Fəaliyyət Planının əsas istiqamətləri və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Sonda EN 12472 “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu” dövlət standartının qəbul olunması məsələsi ilə bağlı qərar verilib.

Qeyd edək ki, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən qiymətli metallar və qiymətli daşlar sahəsi üzrə dövlət, ilkin, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanması və maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə təsis edilib.

 

Digər