Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin növbəti iclası 09.09.2025-ci il tarixində İstehlak Mallarının Ekspertizası Mərkəzində keçirilib.
Tədbirdə Agentliyin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC, AZSTAND, “AzərGold” QSC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycan Zərgərlər Assosiasiyası, “Levata” MMC, “Minalı Jewellery” və zərgərlik sahəsində fəaliyyət göstərən digər yerli şirkət və brendlərin nümayəndələrindən ibarət Texniki Komitənin üzvləri iştirak ediblər.
İclas zamanı Texniki Komitənin 2025-ci il üzrə fəaliyyət planının icrası ilə bağlı görülmüş işlər müzakirə olunub. Daha sonra komitə üzvləri tərəfindən aşağıdakı dövlət standartlarının layihələri üzrə səsvermə keçirilib:
>Qiymətli daşlar — Terminlər və təriflər
>Zərgərlik məmulatları və qiymətli metallar — Yüksək saflıqlı gümüşün təyini — ICP-OES üsulu ilə
Müzakirələr nəticəsində konsensus əsasında həmin standart layihələrinin AZSTAND-a təqdim olunaraq qanunvericiliyə uyğun şəkildə dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-yə müraciət olunması barədə qərar qəbul edilib.
Həmçinin, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 174 “Jewellery and precious metals” (Zərgərlik və qiymətli metallar) üzrə Texniki Komitəsində müzakirə olunan iki standartın
>Zərgərlik məmulatları və qiymətli metallar — Yüksək saflıqlı gümüşün təyini — ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu
>Qiymətli daşlar — Terminlər və təriflər
dövrü yoxlanılması, eləcə də bir standartın
>Zərgərlik məmulatları və qiymətli metallar — Yüksək saflıqlı gümüşün təyini — ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu
sonuncu redaksiyasının hazırlanması məsələləri komitə üzvlərinin rəy və təkliflərinə təqdim edilib.
İclasın sonunda AZSTAND/TK 36-nın tərkibinə yeni üzvlərin seçilməsi məqsədilə səsvermə keçirilib.



