8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərkəzin nümayəndə heyəti "TOBB"-un dəvəti ilə Türkiyəyə işgüzar səfər edib

20 DEKABR 2023 , 11:00

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və onun tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri malın mənşə ölkəsinin müəyyən edilməsi sahəsində beynəlxalq təcrübə və informasiya mübadiləsinin aparılması məqsədilə 18-19 dekabr 2023-cü il tarixlərində Türkiyə Odalar ve Borsalar Birliyinin dəvəti ilə Ankara şəhərində səfərdə olublar.

Malın mənşə ölkəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan və Türkiyənin mövcud milli və beynəlxalq qanunvericiliyi, bu sahədə ölkələrin səlahiyyətli qurumları, istifadə edilən reqlamentlər, tətbiq edilən elektron informasiya mübadiləsi sistemləri və onların iş prinsipləri, göstərilən elektron, o cümlədən proaktiv xidmətlər, eləcə də malın mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertizanın aparılması, malın mənşə ölkəsi barədə sertifikatın verilməsi prosesinin digər nəzəri və praktiki aspektləri müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.

Digər