8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Satınalma güzəştinin tətbiqi Qaydası təsdiq edilib

17 YANVAR 2024 , 10:26

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 495 nömrəli Qərarı ilə “Satınalma güzəştinin tətbiqi Qaydası” təsdiq edilib. Qaydalara əsasən Dövlət satınalmalarında iştirakla əlaqədar verilən təkliflər satınalma komissiyası tərəfindən qiymətləndirilərkən, yerli mənşəli satınalma predmeti üzrə təklif olunan qiymətlərə 20 faizə qədər güzəşt tətbiq edilir.

Malın yerli mənşəli olması satınalmada iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin İstehlak Mallarının Ekspertizası Mərkəzinə ərizə ilə müraciətinə əsasən keçirilən ekspertiza nəticəsində müəyyən edilir və nəticəyə uyğun olaraq müraciətin qeydə alındığı tarixdən etibarən 5 iş günü ərzində sifarişçiyə malın mənşəyi barədə rəy təqdim edilir.

Təklif edilən malın istehsalında istifadə olunan yerli xammal və materialların, həmçinin yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən çox olduqda mal yerli hesab edilir.

Digər