8771
ISO Certificate Image 1 ISO Certificate Image 2
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərkəzin nümayəndəsi I Beynəlxalq maliyyə, mühasibat, audit və rəqəmsallaşma simpoziumunda iştirak edib

09 DEKABR 2025 , 09:57

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM) nümayəndəsi I Beynəlxalq maliyyə, mühasibat, audit və rəqəmsallaşma simpoziumunda iştirak edib.

Sumqayıt Dövlət Universitetində keçirilən tədbirə ölkənin ali təhsil müəssisələri ilə yanaşı, türkdilli dövlətlərin nüfuzlu universitetlərinin 30-dan çox akademiki, eləcə də dövlət və özəl qurumların nümayəndələri qatılıblar.

Tədbirin məqsədi müasir dövrdə maliyyə, mühasibatlıq, vergi və audit sahələrində baş verən yeniliklərin öyrənilməsi, bu istiqamətlərdə rəqəmsallaşma və süni intellektin tətbiqi imkanlarının müzakirəsi, eyni zamanda mövcud tendensiyalar və elmi yeniliklərə uyğun yol xəritəsinin formalaşdırmasından ibarətdir.

Simpozium çərçivəsində İMEM-in Maliyyə və təsərrüfat departamentinin müdiri Emin Kazımov “Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ortaq mühasibat qeydiyyat standartlarının tətbiqi perspektivləri” mövzusunda təqdimatla çıxış edib.

Bundan əlavə, TDT-yə üzv ölkələr arasında mühasibatlıq, audit və rəqəmsallaşma sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə nəzər salınıb. Bu istiqamətdə ortaq standartların və peşə meyarlarının formalaşdırılmasının zəruriliyi vurğulanıb.

Simpozium maliyyə siyasəti, vergi sistemləri, mühasibat uçotu, və auditlə bağlı aktual mövzuları və müasir yanaşmaları əhatə edən panel müzakirələri ilə davam etdirilib.

Digər