8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Növbəti Aqrar Biznes Festivalı Qəbələ ASAN Xidmət Mərkəzində keçirilib

24 APREL 2024 , 15:00

İstehlak Mallarının Ekspertizası Mərkəzi, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi festivalda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarından fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə ümumilikdə 60-dan çox aqrar sahədə fəaliyyət göstərən özəl şirkət və dövlət qurumları təmsil olunub. Aqrar Biznes Festivalında regionda sahibkarlığın inkişafına dəstək vermək, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlılığı artırmaq məqsədilə 10-a yaxın bank və bank olmayan kredit təşkilatı da iştirak edib.

2024-cü ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub.

Tədbirin açılış mərasimində çıxış edən Qəbələ rayonunun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Vidadi Quliyev və KTN Protokol sektorunun müdiri Toğrul Qafarbəyli Aqrar Biznes Festivallarının sahibkarlarla fermerlərin bir araya gətirən, maairfləndirmə prosesinə mühüm töhfə verən platforma kimi dəyərləndiriblər.

Festival çərçivəsində Sahibkarlar Günü münasibətilə 2024-ci ilin I rübü ərzində Aqrar Biznes Festivalları çərçivəsində yüksək nəticələr əldə etmiş sahibkarlar təşəkkürnamə ilə təltif olunublar.

Digər