8771
ISO Certificate Image 1 ISO Certificate Image 2
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mənşə sertifikatlarının “e-keyfiyyet.gov.az” informasiya sistemi üzərindən verilməsinə tam keçid təmin olunacaq

19 AVQUST 2025 , 10:55

İxrac fəaliyyəti ilə məşğul olan sahibkarlara mənşə sertifikatları üçün müraciətlərini Keyfiyyət informasiya sistemi (e-keyfiyyet.gov.az) vasitəsilə həyata keçirmələri tövsiyə edilir.

 

Malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi (e-keyfiyyet.gov.az) üzərindən həyata keçirilməsinə başlanılıb.

 

Bu məqsədlə Agentlik tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması üçün “Mənşə sertifikatı” alt modulu hazırlanaraq Keyfiyyət informasiya sistemində istifadəyə verilib.

 

Mənşə sertifikatlarının əldə olunması ilə bağlı müraciətlərin Keyfiyyət informasiya sistemi vasitəsilə edilməsi ixracatçılar üçün bir sıra üstünlüklər yaradır. Bunlara elektron imza və ya asan imzadan istifadə etməklə şəxsi kabinetin yaradılması, real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən ekspertiza üçün xidmət haqqının ödənilməsinin elektron qaydada həyata keçirilməsi, dövlət rüsumlarının elektron qaydada ödənilməsi, müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada formalaşdırılması, mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s. aiddir.

 

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair təlimat videosu İstehlak Mallarının Ekspertizası Mərkəzinin rəsmi “Youtube” kanalında (https://youtu.be/Ix58hVvU8BQ) yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də təlimat videosu ilə tanış olmaq mümkündür.

 

Məlumat üçün bildirək ki, hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada qəbul edilir.

 

Yeni dəyişikliklə əlaqədar sistemə tam keçid təmin olunduqdan sonra mənşə sertifikatlarının əldə edilməsi prosesində ləngimələrin qarşısının alınması və sistemdən istifadə bacarıqlarının formalaşdırılması məqsədilə sahibkarlara qarşıdakı dövrdə mənşə sertifikatları üçün müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələri tövsiyə edilir.

 

Əlavə məlumat üçün 8771 – Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Digər