8771
ISO Certificate Image 1 ISO Certificate Image 2
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərkəzdə Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Dmitriy Pineviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

09 IYUL 2025 , 15:56

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Dmitriy Pineviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Minsk Avtomobil Zavodu” ASC, “Minsk Traktor Zavodu” ASC, “Bobruyskaqromaş” ASC-nin rəsmi təmsilçilərilərindən ibarət nümayəndə heyəti ilə 08 iyul 2025-ci il tarixində baş tutan görüş zamanı müştərək müəssisələr tərəfindən ölkəmizdə istehsal edilən məhsullara münasibətdə Azərbaycan Respublikasında malın mənşə ölkəsinin müəyyən edilməsi sahəsində tətbiq olunan milli və beynəlxalq qanunvericilik qaydaları müzakirə olunub. O cümlədən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilən satınalmalar çərçivəsində satınalma güzəştinin tətbiqi məsələsinə və bu güzəşti şərtləndirən, Mərkəz tərəfindən verilən “Malın mənşəyi barədə rəy”in rəsmiləşdirilməsinə dair prosedur və qaydaları haqqında fikir mübadiləsi aparılıb.

Belarus Respublikasının nümayəndə heyətini maraqlandıran suallar Mərkəzin təmsilçiləri tərəfindən cavablandırılıb, həmçinin göstərilən digər xidmətlər barədə ətraflı məlumat verilib.

 

Digər