8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərkəzin tərəfdaşlığı ilə Salyan rayonunda bu ilin ilk “Aqrar Biznes festivalı” keçirilib

15 FEVRAL 2024 , 14:05

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzininin təşkilatçılığı ilə Salyan rayonunda bu ilin ilk “Aqrar Biznes festivalı” keçirilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə baş tutan festivalda Salyan, Saatlı, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabad, Cəlilabad rayonlarından olan fermer-sahibkarlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, ölkənin bütün regionlarında olduğu kimi, Salyan rayonunda da kənd təsərrüfatının və ümumilikdə sahibkarlığın inkişafının daim diqqət mərkəzində saxlanıldığını, bu baxımdan belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov regionlarda keçirilən Aqrar Biznes Festivallarının əsas məqsədinin, burada yaşayan və ya fəaliyyət göstərən təsərrüfat sahiblərinin, o cümlədən fermerlərin bu sahədə mövcud məhsullara və müasir texnologiyalara əlçatanlığının təmin edilməsi olduğunu qeyd edib.

Festivalda iştirak edən sahibkarlara Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Aqrar Xidmətlər Agentliyi yanında Aqrar Təlim Mərkəzi və Aqrar Sığorta Fondu tərəfindən aidiyyəti üzrə təlimlər keçirilib.

Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən fermerlərə göstərilən dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib.

Festivalda iştirak edən İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri sahibkarlarla görüşərək, gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün Mərkəzin xidmətlərindən faydalanaraq, istehsal etdikləri məhsulların daha geniş “bazarlara” çıxma imkanlarının dəyərləndirilməsinə çağırış edib.

Festivalda aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb.

Digər