8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərkəz İSO 9001:2015 sertifikatını əldə edib

27 DEKABR 2023 , 16:53
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzi qarşıya qoyduğu növbəti hədəfinə çatıb.
Mərkəz üzrə biznes proseslərdə operativliyin və səmərəliliyin təmin edilməsi istiqamətində aparılan islahatlar, innovativ yanaşma və idarəetmədə tətbiq edilən rəqəmsal həllər beynəlxalq sertifikatın əldə edilməsi üçün əsaslı zəmin yaradıb.
Görülən işlərin nəticəsi olaraq əsas uğurlardan biri kimi İstehlak Mallarının Ekspertizası Mərkəzi Malın mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertizaların və digər əlaqəli xidmətlərin təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi fəaliyyəti üzrə beynəlxalq İSO 9001:2015 sertifikatını əldə edib.

Digər