8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Türkiyə Respublikasının Ticarət Nazirliyi Ürün Güvenliği ve Denetimi Genel Müdürlüğü, eləcə də Tüketicinin Korunması və Piyasa Gözetimi Genel Müdürlüğü ilə görüş

21 DEKABR 2023 , 12:45

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və onun  tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri qeyri-ərzaq mallarının təhlükəsizliyi (keyfiyyəti), bu çərçivədə ekspertizaların təşkili və keçirilməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi və informasiya mübadiləsinin aparılması məqsədilə 20-21 dekabr 2023-cü il tarixlərində Türkiyə Respublikası Ticarət Nazirliyi Ürün Güvenliği ve Denetimi Genel Müdürlüğü, eləcə də Tüketicinin Korunması və Piyasa Gözetimi Genel Müdürlüğü ilə Türkiyə Respublikasının Ankara şəhərində təşkil edilən görüşlərdə iştirak edib.

Görüşlər zamanı qeyri-ərzaq mallarının təhlükəsizliyi (keyfiyyəti), bu çərçivədə ekspertizaların təşkili və keçirilməsi ilə bağlı mövcud yanaşma, qanunvericilik, bu sahədə səlahiyyətli qurumlar, istifadə edilən reqlamentlər və yaradılmış infrastruktur, o cümlədən elektron informasiya mübadiləsi sistemləri, onların iş prinsipləri, göstərilən elektron xidmətlər, eləcə də bu çərçivədə ekspertizanın aparılması, prosesin digər nəzəri və praktiki aspektləri müzakirə edilib, tətbiq baxımından əhəmiyyət kəsb edən məlumatların mübadiləsi aparılıb.

Digər