8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərkəzin nümayəndələri Gürcüstana səfər edib

05 DEKABR 2022 , 16:00

İsadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri Gürcüstana səfər ediblər. Səfər çərçivəsində Gürcüstanın Maliyyə Nazirliyi yanında Gəlir Xidməti və Gürcüstan Sənaye və Ticarət Palatasının əməkdaşları ilə işgüzar görüşlər keçirilib.

Görüşlər zamanı malın mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertiza fəaliyyətinin ümumi strukturu, bu sahədə mövcud tənzimləmə, nəzarət və icra funksiyalarını yerinə yetirən təşkilatlar barədə məlumat verilib. Ekspertiza prosesinin praktiki və nəzəri aspektləri, fəaliyyət göstərən rəqəmsal sistemlər, onların strukturu, iş prinsipi və fəaliyyətini tənzimləyən normativ sənədlər, göstərilən elektron xidmətlər, mənşə ekspertizası üzrə göstərilən xidmətlərə görə tətbiq edilən tariflər, onların formalaşdırılma və tətbiqinin əsasları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Digər