8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əməkdaşlarımızın Belarus Respublikasına rəsmi səfəri baş tutub

17 NOYABR 2022 , 16:00

Malın mənşə ölkəsinin müəyyən edilməsi sahəsində təcrübə və informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə 14-17 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində səfərdə olublar.

Belarus Respublikasında malın mənşə ölkəsinin təyin edilməsi üzrə mənşə ekspertizalarının həyata keçirilməsi sahəsində səlahiyyətli orqanın Belarus Ticarət Sənaye Palatasının olduğunu nəzərə alaraq, səfər çərçivəsində Mərkəzin əməkdaşları Palatada olublar, onun struktur bölmələrinin və regional idarələrinin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlər zamanı malın mənşə ölkəsinin təyin edilməsi üzrə ekspertiza fəaliyyətinin ümumi strukturu, bu sahədə mövcud tənzimləmə, nəzarət və icra funksiyalarını yerinə yetirən təşkilatlar, ekspertiza prosesinin praktiki və nəzəri aspektləri, bu sahədə fəaliyyət göstərən rəqamsal sistemlər, onların strukturu, iş prinsipi və fəaliyyətini tənzimləyən reqlamentlər, göstərilən elektron (o cümlədən proaktiv) xidmətlər, mənşə ekspertizası üzrə göstərilən xidmətlərə görə tətbiq edilən tariflər, onların formalaşdırılma və tətbiqinin əsasları və digər məsələlər ətarfında qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparıblar.

Digər