8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Rosstandart”ın nümayəndə heyəti ilə görüş keçirilib

16 OKTYABR 2023 , 15:30

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya Federal Agentliyinin (Росстандарт) Baş icraçı direktoru Anton Şalayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı müvafiq sahələrdə rəqəmsal texnologiyalara keçidin, iş proseslərinin rəqəmsallaşdırılmasının və avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılmasının, o cümlədən ölkələr arasında təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə tərəflər Azərbaycan Metrologiya İnstitutunda yeni laboratoriyaların yaradılması və mövcud laboratoriyaların təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətə dair razılığa gəliblər.

Səfər çərçivəsində “Rosstandart”ın nümayəndə heyəti Azərbaycanın Standartlaşdırma və Metrologiya İnstitutlarının laboratoriya imkanları ilə tanış olublar.

Digər