"Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə qanvermə aksiyası təşkil edilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin müraciəti əsasında İqtisadiyyat Nazirliyinin və onun tabeli qurumlarının, o cümlədən İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşları xeyriyyə tədbirində iştirak ediblər. Donorluq aksiyasında könüllü olan əməkdaşların sağlamlıq vəziyyəti yoxlandıqdan sonra onlardan qan götürülüb. Qeyd edək ki, belə aksiyalar talassemiyalı və digər irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin həyatı üçün olduqca əhəmiyyətlidir.
Mərkəzin əməkdaşları "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyasında iştirak ediblər
16 YANVAR 2024 , 00:30
Digər
17 IYUN / 2026 - 10:08
İstehlak Mallarının Ekspertizası Mərkəzi “Azerbaijan Jewelry Show” sərgisində iştirak edib
04 IYUN / 2026 - 15:26
İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndəsi Almaniyada ISO/TC 174 Texniki Komitəsinin iclaslarında iştirak edib
06 MAY / 2026 - 10:59
Dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb
