8771
ISO Certificate Image 1 ISO Certificate Image 2
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

20 NOYABR 2025 , 14:52

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nümayəndə heyəti Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Damğa Mətbəəsi Baş İdarəsinin dəvəti ilə İstanbul şəhərinə işgüzar səfər edib.

 

Səfərin məqsədi qiymətli metalların ekspertizası və damğalanması, eləcə də qiymətli daşların diaqnostikası və sertifikatlaşdırılması sahəsində Türkiyə təcrübəsini öyrənmək, bu istiqamətdə həyata keçirilən islahatlar və idarəetmə mexanizmləri ilə tanış olmaq olub.

 

Görüş zamanı Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Damğa Mətbəəsi Baş İdarəsinin rəhbər heyəti ilə qurumlararası əməkdaşlığın genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Tədbir çərçivəsində Mərkəzin nümayəndə heyəti qurumun İstanbulda yerləşən baş ofisini, həmçinin qiymətli metallar və qiymətli daşlar üzrə analiz laboratoriyalarını ziyarət edib. Ziyarət zamanı külçə və sikkələrin, eləcə də dövriyyədə olan metal pulların istehsalı prosesi, laborator analizlərin təşkili, texnoloji infrastruktur və fəaliyyət prinsipləri ilə yerində tanışlıq baş tutub.

Digər