27 AVQUST 2025 , 11:50
Xidmətlərin təşkili zamanı təhlükəsizliyin təmin olunması məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşları üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə “Giriş”, “Yanğın təhlükəsizliyi” və “İlkin yardım” mövzularında təlimlər keçirilib.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215 və 219-cu maddələri, Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarının 1.4-cü bəndi, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”, eləcə də ГОСТ 12.0.004-2015 və ISO 45001:2018 – İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi standartlarının tələbləri əsas götürülməklə təşkil olunmuş 4 gün davam edən təlimlərdə ümumilikdə 80 nəfərdən çox əməkdaşın iştirakı təmin edilib.



