8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Mərkəzin tərəfdaşlığı ilə Qubada Aqrar Biznes Festival keçirilib

28 MART 2024 , 14:30

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 28 mart 2024- cü il tarixində Aqrar Biznes Festivalı bu dəfə Quba şəhərində təşkil olunub. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə keçirilən festivalda Quba-Xaçmaz iqtisadi rayonunun və ətraf bölgələrin fermer -sahibkarları iştirak ediblər.

Festivalın açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahənin ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, bu festivallar kənd təsərrüfatı fəaliyyətinin maraqlı tərəfləri olan təchizatçı şirkətlərlə fermer - sahibkarları bir araya gətirməyə, ikitərəfli əlaqələrin qurulmasına imkan verir.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov açılış tədbirində çıxış edərək bölgələrdə keçirilən Aqrar Biznes Festivallarında yaradılmış geniş imkanlar barədə məlumat verərək tədbirin əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Festivalın tərəfdaşı olan İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən sahibkarlıq subyektləri üçün “Sifarişçilərin müraciətləri əsasında malların mənşə ekspertizasının keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi” mövzusunda seminar təşkil edilib. Tədbirin sonunda müzakirələrdə iştirak edən sahibkarların sualları aidiyyəti üzrə cavablandırılıb.

Digər