İstehlak Mallarının Ekspertizası Mərkəzi İSO 37001:2016 "Rüşvətxorluqla mübarizə üzrə idarəetmə sistemi” standartı üzrə beynəlxalq sertifikatı əldə edib.
İSO 37001 standartının tətbiqi Mərkəzin fəaliyyəti ilə əlaqəli korrupsiya hüquqpozmalarının qarşısının alınması, rüşvət riskinin qiymətləndirilməsi mexanizminin müəyyən edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, idarəetmədə şəffaflığın artırılması, qabaqcıl təcrübələrin tətbiq edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi sahəsində töhfə verəcək.
Beynəlxalq sertifikat Türkəyinin Yönetim Belgelendirme Merkezi Test ve Gözetim Hizmetleri Ltd.Şti. tərəfindən Mərkəzə təqdim olunub.



