8771
AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

AZ

ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İnternet səhifəmizdə yeni funksional bölmə istifadəyə verildi

30 YANVAR 2024 , 04:15

Vətəndaş məmnunluğunun artırılması və operativ məlumatlandırmanın təmin edilməsi məqsədi ilə İstehlak Mallarının Ekspertizası Mərkəzi rəsmi internet səhifəsində “Müraciət üzrə axtarış” bölməsini istifadəyə verib. Göstərilən xidmətlərlə bağlı Mərkəzə müraciət edən sahibkarlıq subyektləri yeni yaradılmış imkandan istifadə edərək işin (sifarişin) icra statusu ilə bağlı məlumat ala bilər. Bunun üçün “iş nömrəsi” və ya “VÖEN”i müvafiq xanaya daxil edib “Axtar” düyməsini sıxmaq kifayətdir.

 

Qeyd: “VÖEN” üzrə axtarış zamanı “Tarix” xanasına  müraciət tarixi qeyd edilməzsə, son 1 ay ərzində həmin “VÖEN”lə edilən bütün sifarişlərin nəticələri ekranda əks olunacaqdır.

 

 

Müraciət üzrə axtarış üçün keçid: https://www.ekspertiza.az/az/xidmetler/muraciet-uzre-axtaris

Yeni yaradılmış imkandan istifadəyə dair təlimat videosu: https://www.ekspertiza.az/post/muraciet-axtarish

Digər