Mərkəz haqqında
-
15 yanvar 2001-ci ildə Ticarət Nazirliyinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzi yaradılmışdır.
- 27 aprel 2007-ci ildə “İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “Yeyinti Məhsullarının Keyfiyyəti və Təhlükəsizliyi Bürosu” MMC kimi dövlət qeydiyyatına alınmışdır.
-
11 aprel 2008-ci il tarixində qurumun adı dəyişdirilərək “İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində İstehlak Mallarının Ekspertizası Bürosu” MMC adlandırılmışdır.
-
17 aprel 2012-ci il tarixdə Cəmiyyətin adı yenidən dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC adlandırılmışdır.
-
Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə keçirilməsi barədə göstəriş verilmişdir.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2025-ci il tarixli 165 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilmişdir. Qərara əsasən "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC Agentliyin tabeliyinə verilmişdir.